Layihələriniz üzrə satışı, satınalmanı, xərcləri, tabeli və görülmüş işlərin aktlarını bir sistemdə toplayıb real layihə gəlirliliyini görünən edirik. Layihə əsasında işləyən şirkətlərdə sınanıb.
Podrat işində "mənfəət etdikmi?" sualının cavabı çox vaxt iş bitəndə, o da təxminlə gəlir. Xərclər, material, işçi qüvvəsi və aktlar ayrı-ayrı yerlərdədirsə, layihənin gəlirliliyi heç vaxt aydın görünmür.
Biz hər işi Odoo-da layihə əsasında qururuq: satış, satınalma, xərc, tabel və görülmüş işlərin aktları eyni layihəyə bağlanır. Rəhbərlik layihənin real xərcini və mənfəətini canlı görür.
Təklifdən görülmüş işlərin aktına qədər bütün mühəndislik və podrat prosesi bir sistemdə.
Hər işi ayrıca layihə kimi planlaşdır, büdcələ və izlə.
Təklif, müqavilə və layihə üzrə satınalma.
Sahə xərcləri və işçilərin tabeli birbaşa layihəyə.
İşin gedişinin və görülmüş işlərin aktlarının izlənməsi.
Layihə üzrə real xərc və gəlirlilik təhlili.
Bütün layihələrin vəziyyəti bir ekranda.
Bütün xərc maddələrini layihəyə bağlayır, mənfəəti canlı göstəririk.
Layihə axınınızı və xərc maddələrinizi aydınlaşdırırıq.
Layihə uçotunu qurur, lazım olanı fərdiləşdiririk.
Xərcləri, tabeli və satınalmanı layihəyə bağlayırıq.
Layihə üzrə xərci və mənfəəti canlı göstəririk.
Satış, satınalma, xərc və tabel eyni layihəyə bağlanır; sistem layihənin real xərcini və mənfəətini canlı hesablayır.
Bəli; işin gedişini və aktların hazırlanması prosesini layihəyə bağlı qururuq.
Mobil tətbiqdən və ya vebdən daxil edilir və birbaşa aidiyyəti layihəyə yazılır.
Bəli; istifadə etdiyiniz mühasibat proqramı ilə inteqrasiya qurub maliyyə mühasibatına körpü yaradırıq.
Podrat prosesinizi dinləyib sizə uyğun sistemi quraq. İlk görüş pulsuzdur.